İbrahimoviç 10-cu dəfə `ən yaxşı futbolçusu` seçildi

İbrahimoviç 10-cu dəfə `ən yaxşı futbolçusu` seçildi
  22 Noyabr 2016    Oxunub:2017
İsveçdə 2016-cı ilin futbolçusunun adı açıqlanıb.
AzVision.az “Goal.com”-a istinadən xəbər verir ki, İsveç millisinin və "Mançester Yunyted"in 35 yaşlı hücumçusu Zlatan İbrahimoviç bu mükafata layiq görülüb.

Bununla da “İbra” ləqəbli futbolçu 10-cu dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, İbrahimoviç “Avro-2016”-dan sonra millidən getdiyini açıqlayıb. O, milli komandanın heyətində 116 oyunda meydana çıxıb və 62 dəfə qol vurub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti