Daha bir idmançımızın olimpiya nəticəsi ləğv edildi

Daha bir idmançımızın olimpiya nəticəsi ləğv edildi
  18 Noyabr 2016    Oxunub:5146
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2008 Yay Olimpiya Oyunlarında dopinq istifadə etdiyini əsas gətirərək azərbaycanlı atlet Nizami Paşayevin nəticəsini ləğv edib.
AzVision.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

BOK-un qərarına əsasən, idmançın dopinq testlərinin ikinci variantı müsbət nəticə verdiyi üçün nəticəsi keçərli sayılmayıb.

94 kq çəki dərəcəsində yarışan Paşayev Çinin paytaxtında 5-ci yeri tutmuşdu.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov da olimpiya medalından məhrum olunub.

AzVision.az



Teqlər:  





Xəbər lenti