Millimiz məğlub oldu - (VİDEO) Yenilənib

Millimiz məğlub oldu - (VİDEO) Yenilənib
  12 Noyabr 2016    Oxunub:2913
Bu gün Azərbaycan milllisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa çıxıb.
AzVision.az xəbər verir ki, millimiz səfərdə Şimali İrlandiyanın qonağıdır.

İlk 3 turda məğlub olmayan və qapısından qol buraxmayan yığmamız çətin səfər oyununda da bunu davam etdirməyə çalışacaq.

Yığmamızda kapitan Rəşad Sadıqov zədə səbəbindən meydana çıxa bilməyib.

***

Millimizin oyununda hesab açılıb. Oyunun 27-ci dəqiqəsində rəqib komandanın oyunçusu qapımıza qol vurub. Hazırda milli komandamız məğlub durumdadır.

***

Rəqib komanda meydanda növbəti dəfə fərqlənə bilib. Hazırda millimiz hesabda 2 topla geridədir. İlk hissə Şimali İrlandiyanın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

***

Oyunun ikinci hissəsində komandamız daha iki qol qapılısından buraxıb. Oyun rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti