AFFA-dan klublara 280 manatlıq cərimə

 AFFA-dan klublara 280 manatlıq cərimə
  12 Noyabr 2016    Oxunub:1515
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda I divizionun X tur görüşlərində baş verənlər müzakirə olunub. Müzakirə nəticəsində bəzi klublar ümumilikdə 280 manat cərimə edilib.

“Şahdağ” – “Ağsu” matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 80 manat cərimə olunub. Görüşün 85-ci dəqiqəsində meydandan qovulan “Şahdağ”ın futbolçusu İqrar Səmədov 1 oyunluq cəzalanıb və klubunu 20 manat ziyana salıb.

“Turan Tovuz” – “Şərurspor” matçının 44-cü dəqiqəsində qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyan Qadir Həşimli 1 oyunluq cəzalanıb və 20 manat cərimələnib.

“Mil-Muğan” – MOİK qarşılaşmasında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 80 manat cərimələnib.

AzVision.az


Teqlər:





Xəbər lenti