`Qəbələ`lənin baş məşqçisi cəzalandırılıb

`Qəbələ`lənin baş məşqçisi cəzalandırılıb
  08 Noyabr 2016    Oxunub:2197
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
AzVision.az xəbər verir ki, komitə AZAL – “Qəbələ” matçında baş verənlərlə bağlı qonaqların baş məşqçisi Roman Qriqorçuku cəzalandırıb.

Görüşün 14-cü dəqiqəsində texniki zona qaydalarını pozduğu üçün tribunaya göndərilən ukraynalı mütəxəssis bir oyunluq cəzalanıb. Klubu bu səbəbdən 800 manat ziyana düşüb. AZAL-ın futbolçusu da cəzasız qalmayıb. Oyunun videoyazısına baxıldıqdan sonra İlqar Ələkbərovun rəqib oyunçuya qarşı kobud oynadığı məlum olub. İki oyunluq cəzalandırılan futbolçunun klubu da 1600 manat cərimə ödəməli olacaq.

Bununla yanaşı, AZAL-ın beş futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimələnib.

“Kəpəz” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəza alıb. Onun klubuna isə 200 manat cərimə kəsilib. Həmin turun “Neftçi” – “İnter” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

AzVision.az


Teqlər:





Xəbər lenti