İslam oyunlarına hazırlıq müzakirə edilib

İslam oyunlarına hazırlıq müzakirə edilib
  08 Noyabr 2016    Oxunub:1605
Bu gün IV İslam Həmrəyliyi oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, iclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak edirlər.

Bu gün öz işinə başlayan və iki gün davam edəcək iclasın ilk günü yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək.

Koordinasiya Komissiyasının iclasının 2-ci günündə idmançıların iştirak, idman yarışları, marketinq, yayım, kommersiya məsələləri, açılış və bağlanış mərasimləri ilə bağlı müzakirələr olacaq.

Qeyd edək ki, Koordinasiya Komissiyasının 3-cü iclası bu ilin mayın 12-də keçirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti