Ağayev cəzalandı- Komandası qalib gəldi

Ağayev cəzalandı- Komandası qalib gəldi
  07 Noyabr 2016    Oxunub:1624
Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Boavişta" klubu Portuqaliya çempionatında növbəti oyununu keçirib.
AzVision.az xəbər verir ki, K.Ağayevin təmsil etdiyi komanda səfərdə "Riu Avi" komandasının qonağı olub.

K.Ağayev yenə start heyətdə olub. Oyun “Boavişta”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin qapıçısı K.Ağayev artırma dəqiqələrdə (90+3) sarı vərəqə alıb.

Qeyd edək ki, "Boavişta" 10 oyundan sonra 13 xalla 7-ci yerdə qərarlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti