`Qarabağ` `Qəbələ`yə çatdı

`Qarabağ` `Qəbələ`yə çatdı
  06 Noyabr 2016    Oxunub:1555
Bu gü n futbol üzrə Topaz Premyer Liqasında XI tura yekun vurulub.
AzVision.az xəbər verir ki, turnirin sonuncusu AZAL “Qəbələ”ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. Bununla 11 oyundan 25 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qalıb. Autsayder AZAL isə xal ehtiyatını 4-ə çatdırıb.

Turun digər matçında “Zirə” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Oyunun ilk 45 dəqiqəsində qapılar toxunulmaz qalıb. İkinci hissədə hücumlarını artıran Qurban Qurbanovun yetirmələri 69-cu dəqiqədə qol imkanından maksimum yararlanıblar. Dani Kintana meydan sahiblərinin qapısına yol tapıb. Bundan 10 dəqiqə sonra “Qarabağ” rəqib torunu ikinci dəfə silkələyib. Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyundan sonra “Qarabağ” xal ehtiyatını 25-ə yüksəldərək “Qəbələ”yə çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti