İdmançımız ermənini nokauta saldı - Foto

İdmançımız ermənini nokauta saldı - Foto
  06 Noyabr 2016    Oxunub:11514
Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.
Federasiyadan AzVision.az-a verilən məlumata görə, Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov elə birinci raundda Cioran Apuyepyanı nokauta salaraq qələbə qazanıb.

Qeyd edək ki, “A1 World Combat Cup”un təşkilatçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.



AzVision.az


Teqlər:  





Xəbər lenti