“Qəbələ” və “Qarabağ”ın çətin sınağı

“Qəbələ” və “Qarabağ”ın çətin sınağı
  03 Noyabr 2016    Oxunub:1701
Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.
AzVision.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” və “Qarabağ” klubları növbəti oyununa çıxacaq.

“Qəbələ” Bakıda “Sent-Etyen”i qəbul edəcək. Ağdam klubu isə səfərdə PAOK-un qonağı olacaq. Fransada keçirilən oyunda məğlub olan (0:1) “Qəbələ” bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) “Qarabağ” bu oyunda da qələbə qazanmaqla qrupda vəziyyətini yaxşılaşdıra bilər.

22:00. “Qəbələ” – “Sent-Etyen” (Fransa)

00:05. PAOK (Yunanıstan) – “Qarabağ”


AzVision.az


Teqlər:  





Xəbər lenti