`Qatil`in taleyi necə olacaq?
Adları çəkilən tamaşaların rejissoru Mehriban Ələkbərzadə bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, teatrda rəhbərlik dəyişildikdən sonra “Qatil” və ”Əmir Teymur ” tamaşaları repertuardan çıxarılıb.
“Dəqiq deyə bilmərəm ki, Azərpaşa Nemətov hansı səbəbdən belə addım atıb. Sözümün canı odur ki, həmin tamaşalar Hikmət Rəhimov teatrda işləyəndə də baş rejissor tərəfindən repertuardan çıxardılıb. Adlarını çəkdiyimiz tamaşalar bundan sonra oynanılmayacaq”.
Rejissor Hikmət Rəhimovla bağlı Azərpaşa Nemətovla söhbət etdiyini deyib: “Mən teatra “Herostrata unudun” tamaşasından sonra getmirdim və artıq teatrda deyiləm. Ancaq aktyorun işdən çıxarılmasından sonra teatra getməli oldum. Bu məsələ ilə bağlı baş rejissorla söhbət etdim. Onun “Qatil” tamaşasında və “Əmir Teymur”da bir dəfə gəlib oynama ixtiyarı var. Ancaq hazırki durumda buna real baxmıram. Və həmin tamaşaların yenidən oynanılacağı da mənə inandırıcı gəlmir.
Amma etiraf edək ki, Hikmətin özündə də problem var idi. O, teatrımn əleyhinə aktyora yaraşmayan ifadələr işlətmişdi. Hikməti Hikmət edən o tamaşalar idi. O, “Yuğ” teatrına görə məşhur deyildi”.
Şahanə Rəhimli
AzVision.az