Aeroport yanğına görə bağlandı – VİDEO

Aeroport yanğına görə bağlandı – VİDEO
  07 Avqust 2013    Oxunub:866
Keniyanın paytaxtı Nayrobinin beynəlxalq aeroportunda dəhşətli yanğın baş verib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, “Jomo Kenyatta” beynəlxalq aeroportu yanğına görə bağlanıb və sərnişinlər evakuasiya olunub. Yanğın şiddətli olduğundan digər binalara da keçib.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, lazımlı heyət istisna olmaqla aeroport bütövlükdə evakuasiya edilir. Yanğının törətdiyi fəsadlar və baş vermə səbəbi barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, “Jomo Kenyatta” aeroportu Şərqi Afrikanın ən böyük və vacib limanı hesab olunur. Çünki uzun məsafələrə aeroport vasitəsilə edilən uçuşlarla ərazidə yerləşən digər ölkələrlə əlaqə yaratmaq mümkün olur.



AzVision.az


Teqlər:





Xəbər lenti