Dünyanın ən çox qazanan qadın idmançıları-SİYAHI

Dünyanın ən çox qazanan qadın idmançıları-SİYAHI
  07 Avqust 2013    Oxunub:1354
Ən varlı idmançı rusiyalı tennisçi Mariya Şarapovadır.
“Forbes” jurnalı dünyanın ən çox qazanan 10 qadın idmançısının adını açıqlayıb. Jurnalının açıqlamasında qeyd olunub ki, rusiyalı tennisçi Mariya Şarapova 29 milyon dollar gəliri ilə reytinq cədvəlinə başçılıq edir.

İkinci yerdə gəliri 20.5 milyon dollar olan tennisçi Serena Uilyamsdır. Üçüncü yerin sahibi isə tennisçi Li Na olub. Onun gəliri 18.2 milyon dollar təşkil edir.

İlk onluğu təqdim edirik:

1. Mariya Şarapova, tennisçi - gəliri 29 milyon dollar.
2. Serena Uilyams, tennisçi - gəliri 20.5 milyon dollar
3. Li Na, tennisçi - gəliri 18.2 milyon dollar
4. Viktoriya Azarenko, tennisçi - gəliri 15.7 milyon dollar
5. Danika Patrik, avtoidman - gəliri 15 milyon dollar
6. Kin Yon A, fiqurlu konkisürmə - gəliri 14 milyon dollar
7. Korolin Voznyaçki, tennisçi - gəliri 13.6 milyon dollar
8. Aqneşka Radvansa, tennisçi - gəliri 7.4 milyon dollar
9. Ana İvanoviç, tennisçi - gəliri 7 milyon dollar
10. Pola Krimer, qolfçu - gəliri 5.5 milyon dollar



S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti