Hindistanla Pakistan yeni müharibənin astanasında

Hindistanla Pakistan yeni müharibənin astanasında
  06 Avqust 2013    Oxunub:1004
5 hind əsgəri öldürülüb.
İki düşmən ölkənin sülh danışıqlarına başladığı bir vaxtda, sərhəddə əsgərlər arasında silahlı toqquşma baş verib. Kəşmirdə qeydə alınan insidentdə azı 5 hind əsgəri öldürülüb. Artıq hindistanlı rəsmilər sərhəddə baş verən hadisə ilə bağlı müdafiə nazirini tədbir görməyə və Pakistana müvafiq cavab verməyə çağırıb.

Qeyd edək ki, 1947-ci ildən bu vaxtadək Hindistanla Pakistan arasında 3 dəfə müharibə baş verib. Müharibələr səngisə də, iki ölkə arasında heç vaxt sülh olmayıb. Bununla belə Pakistanın yeni baş naziri Nəvaz Şərifin mülayim bəyanatları, iki ölkə arasında münasibətlərin yenidən normallaşacağı ilə bağlı BMT-ni ümidləndirmişdi.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti