Hicablı atlet medal qazandı - İran tarixində ilk

Hicablı atlet medal qazandı - İran tarixində ilk
  19 Avqust 2016    Oxunub:3758
İran tarixində ilk dəfə qadın atlet Olimpiya Oyunlarında medal qazanıb.
NTV Spor telekanalı xəbər verir ki, bu ilkə “Rio-2016” Yay Olimpiya Oyunlarında Kimya Əlizadə Zenurin imza atıb.

İranlı taekvondoçu Misir idmançısı Hedaya Vahbaya qalib gələrək 57 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb. On səkkiz yaşlı idmançı bu nailiyyətinə görə, ona hər zaman dəstək verən ailəsi və məşqçisinə borclu olduğunu deyib.

Qeyd edək ki, Kimya Əlizadə Zenurin 1998-ci il iyulun 10-da İranın Kərəc şəhərində anadan olub.

AzVision.az


Teqlər:





Xəbər lenti