Həmyerlilərimiz sərbəst buraxıldı

Həmyerlilərimiz sərbəst buraxıldı
  05 Avqust 2013    Oxunub:1267
Moskvada immiqrantlarla bağlı gərginlik: Saxlanılan 2 azərbaycanlı sərbəst buraxılıb.
Rusiya daxili işlər naziri Vladimr Kolokolçev Polisə Moskva bazarlarını qanunsuz miqrantlardan təmizləmək əmri verib.

Əmr artıq 5 gündür ki, operativ formada icra olunur. Polis bazarlarda işləyən 6 mindən artıq miqrantı yoxlamadan keçirib. Reydlər zamanı şübhəli bilinən şəxslər, miqrantlar üçün qurulmuş xüsusi lagerə gətirilir.

Moskvanın müxtəlif bazarlarında saxlanılan şəxslər avtobuslarla həmin mərkəzə gətirilir. Burda onların seçimi aparılır. Sənədləri olanlar saxlanılır Rusiyada, digərləri isə deportasiya edilir.

Avqustun 1-dən etibarən düşərgəyə sənədlərində problem olan 1500-dən artıq miqrant gətirilib. Onlardan 1200-ü Vyetnam, qalanları isə əsasən Orta Asiya ölkələrinin vətəndaşlarıdır. Düşərgədə gəlmələrin kimliyi müəyyənləşdirilməklə, sənədləri yoxlanmaqla yanaşı, onlar tibbi müayinədən də keçirilirlər. Sənədlərində ciddi problemlər olan 200-ə yaxın miqrantın bu günlərdə Rusiyadan deportasiya ediləcəyi gözlənilir.

Yeri gəlmişkən, bir qeyri-leqalın ölkədən deportasiya olunması, Rusiya büdcəsinə təxminən 1000 avroya başa gəlir. Rusiya Daxili işlər nazirliyinin həyata keçirdiyi reydlər eyni zamanda Moskva bazarlarının bağlanması ilə də müşahidə edilir ki, bu, gərginliyi bir az da artırır. Son hadisələrlə bağlı Moskvada 30 bazar bağlanıb. Moskva rəsmiləri daha 50 bazarin da bağlanacağını söyləyir. Gərginlik fəaliyyətini davam etdirən ticarət mərkəzlərində də hiss olunur. Bu gün alış-veriş etdiyiniz bazarın sabah açıq olacağına heç kəs zəmanət vermir.

Ona görə də Moskva sakinləri bu günlərdə bazarlara deyil, böyük hipermarketlərə üz tuturlar. Hər an polis reydi gözlənildiyindən sənədlərində əyər-əskiyi olan ticarətçilər də mağazalarını açmağa ehtiyat edirlər. Nəticədə bazarlarda bu cür boş mənzərələr müşahidə edilir. Ekspertlər, qanunsuz gəlmələrlə mübarizənin məhz indi kəskinləşməsini, sentyabr ayında, Moskva meriyasına keçiriləcək növbədənkənar seçkilərdə, hazırkı mer Sergey Sobyaninin seçkiqabağı kompaniyası kimi də nəzərdən keçirirlər.

Moskvalılar Sobyaninin kriminal qruplaşmalara və qanunsuz miqrantlara qarşı mübrizəsini sentyabrdakı səsvermədə, yəqin ki, qiymətləndirəcəklər. Amma bazarların tamamilə bağlanmasından, yerli sakinlər də narazıdır: "Bu bazarı bağlasalar biz harda alış-veriş edək? Şolkovo bazarını da bağlayıblar. Yaşlı adamlarıq, hər şeyi marketdən almağa gücümüz çatmır". Qeyd edək ki, Moskva və ətraf ərazilərdə 550 bazar mövcuddur. Şəhər meriyası onlardan ən azı 320-si qeydiyyatdan keçməyib, qanunsuz fəaliyyət göstərir.

AzVision.az


Teqlər:  





Xəbər lenti