Moskvada ermənini düz gözündən vurdular

Moskvada ermənini düz gözündən vurdular
  05 Avqust 2013    Oxunub:1190
Erməni iş adamı gözündən aldığı güllə yarası nəticəsində ölüb.
Moskva vilayətində milliyyətcə erməni olan adı açıqlanmayan 42 yaşlı biznesmen qətlə yetirilib. “Killer” erməninin gözündən atıb.
O, yaralı halda Noqinsk mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər ermənini xilas edə bilməyiblər. Faktla bağlı cinayət işi açılıb.

Məlumata görə polis hadisə yerində patron və taxta dəyənək aşkar edib. Hazırda araşdırmalar davam edir.

Qeyd edək ki, son bir neçə gündə Noqinsk rayonunda iki erməni öldürülüb. Bundan əvvəl, iyulun 26-da 26 yaşlı erməni də odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Ermənin nizam-intizam qaydalarını pozduğna görə yerli sakinlərdən biri tərəfindən qətlə yetirildiyi bildirilir.


S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti