Oqtay Əsədov Əli Laricani ilə görüşdü

Oqtay Əsədov Əli Laricani ilə görüşdü
  05 Avqust 2013    Oxunub:1839
İran Parlamentinin sədri: Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
“İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır”- İran parlamentinin spikeri Əli Laricani, İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin andimə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşdə belə bir bəyanatla çıxış edib.

Laricani Azərbaycanla İran arasında tarixi bağlarla bağlanan əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycan-İran münasibətlərinin inkişafında mühüm rol oynayan parlamentlərarası münasibətlərin yüksək səviyyədə saxlamaq üçün böyük imkanların olduğunu qeyd etdi.

Oqtay Əsədov, diqqəti əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində İranın imkanlarına yönəldib.

Səmimi ortamda davam edən görüş zamanı, həmçinin ikitərəfli əlaqələrin inkişaf perspektivləri, parlamentlərarası əlaqələr və gömrük-buraxılış məntəqələrinin fəaliyyəti, eləcə də digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Daha sonra parlament sədlərinin təkbətək görüşü keçirilib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti