İranın yeni prezidentindən Əsədə dəstək

İranın yeni prezidentindən Əsədə dəstək
  05 Avqust 2013    Oxunub:1443
İranın yeni prezidenti Həsən Ruhani and içdikdən sonra, ölkəsinin Suriyadakı Bəşər Əsəd rejiminə dəstək verəcəyini açıqlayıb.
AzVision.az `cihan` agentliyinə istinadən xəbər verir ki, yeni lider Suriya ilə İran arasındakı onilllik dostluq əlaqələrinin olduğunu və bu isti münasibətə heç kimin müdaxilə edə bilməyəcəyini açıqlayıb.

H.Ruhani ,`İran İslam Respublikası, Suriya ilə əlaqələrini daha möhkəmləndirmək üçün qarşısına məqsəd qoyub və bu məqsədə doğru qətiyyətlə irəliləyir. Bizim dostluğumuza heç kim mane ola bilməz. Suriya ilə İran xalqları arasında dərin, strateji və tarixi əlaqələr var və dünyadakı heç bir qüvvə bu əlaqələrə kölgə sala bilməz` -şəklində danışıb.

Qeyd edək ki, avqustun 3-də H.Ruhani İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi tərəfindən Musəvi Xomeyni Hüseyniyyəsində rəsmi səviyyədə qəbul edilib. Dünən isaə İran parlamentində yeni prezidentin rəsmi andiçmə mərasimi keçirilib.

Mirvari



Teqlər:  





Xəbər lenti