Türkiyə Suriya sərhədində gərginlik

Türkiyə Suriya sərhədində gərginlik
  05 Avqust 2013    Oxunub:1359
40 nəfərlik qrup Suriyadakı hadisələrə etiraz etmək məqsədilə Qazi məhəlləsindəki yolda barrikada qurub.
Türkiyənin Hakkari şəhərində axşam saatlarında bir araya gələn 40 nəfərlik qrup Suriyadakı hadisələrə etiraz etmək məqsədilə Qazi məhəlləsindəki yolda barrikada qurub.

Türkiyə mətbuatının məlumatına görə, polisə daş və müxtəlif əşyalar atan nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə olunub. Ara küçələrə dağılan etirazçılarla polis arasındakı qarşıdurma gecə saatlarına qədər davam edib.

Şanlıurfa vilayətinin Ceylanpınar rayonuna isə Suriya tərəfdən atılan raket düşüb, lakin partlamayıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Rasulayn rayonunda ara-sıra atışma səsləri eşidilir.


Teqlər:





Xəbər lenti