Ərdoğanı Qəzzaya buraxmadılar

Ərdoğanı Qəzzaya buraxmadılar
  05 Avqust 2013    Oxunub:1365
Rəsmi Qahirə Türkiyə baş nazirini Qəzza sektoruna buraxmaqdan imtina edib.
“The Times of Israel” Misir KİV-nə istinadən xəbər verir ki, Ərdoğanın avqustun əvvəlinə Qəzzaya planlaşdırılan səfəri təxirə salınıb. Misir mətbuatının yazdığına görə, ölkə rəsmiləri Ərdoğanı öz ərazilərinə buraxmaqdan imtina edib. Qəzzaya yagənə keçid Misirdən olduğu üçün də baş nazir səfərdən imtina etməli olub. Hələlik nə rəsmi Türkiyə, nə Misir nə də fələstin rəsmiləri xəbəri nə təsdiq, nə də təkzib ediblər.

Xatırladaq ki, baş nazirin Qəzzaya səfəri barədə razılıq 2013-cü ilin yazında, Məhəmməd Mursinin prezident postunu tutduğu vaxtlarda əldə olunub. İyunun sonlarında HƏMAS rəsmiləri Ərdoğanın regiona iyulun 5-də gələcəyini elan etsə də baş nazirin mətbuat xidməti səfərin dəqiq vaxtının müəyyən olunmadığını açıqlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti