Böyük Britaniyanın Yəməndəki səfirliyi bağlanıb

Böyük Britaniyanın Yəməndəki səfirliyi bağlanıb
  04 Avqust 2013    Oxunub:1262
Bu gün Yəməndə bir neçə ölkənin, o cümlədən Böyük Britaniyanın və Almaniyanın səfirlikləri bağlanıb.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, səfirliklər avqustun 5-də də işləməyəcək.

Məlumatda deyilir ki, səfirliklərin fəaliyyətinin dayandırılmasının səbəbi təhlükəsizliklə əlaqədardır.

Britaniyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını Yəməni tərk etməyə çağırıb.

Bir müddət əvvəl xəbər verilmişdi ki, avqustun 4-də Fransanın bu ölkədəki səfirliyi də işləməyəcək.

Bu gün həmçinin, ABŞ-ın Bəhreyndə, İsraildə, İordaniyada, Küveytdə, Liviyada, Omanda, Qatarda, Səudiyyə Ərəbistanında, Yəməndə, Əfqanıstanda və Banqladeşdə olan səfirlikləri də fəaliyyətini dayandırıb.

Vaşinqton "Əl-Qaidə" tərəfindən terror aktlarının həyata keçirilməsindən ehtiyatlanır.

AzVision.az


Teqlər:





Xəbər lenti