"İranın İsrailə qarşı siyasəti dəyişməyəcək"

"İranın İsrailə qarşı siyasəti dəyişməyəcək"
  03 Avqust 2013    Oxunub:1196
İranın yeni prezidenti Həsən Ruhani İsraillə bağlı maraqla gözlənilən ilk açıqlamasını verib.
Ötən gün Dünya Qüds günü münasibətilə küçələrdəki yürüşə qatılan ölkə başçısı yəhudi dövlətini Fələstin xalqının qanını tökməkdə və dünya ölkələrini buna göz yummaqda ittiham edib. İsrailə qarşı siyasətin dəyişməyəcəyini bəyan edən Hasan Ruhani İsraili İslam dünyasının bədənində bədxassəli şiş adlandırıb və bu şişin götürülməli olduğunu vurğulayıb. Hasan Ruhani İranın nüvə proqramı ilə bağlı daha böyük şəffaflıq nümayiş etdiriləcəyini söyləyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyaları əsassız və ədalətsizdir. İsraili İslam dünyasının bədənində bədxassəli bir şişdir və bu şiş götürülməlidir. Ancaq Ruhaninin bu açıqlamasına İsrailin cavabı özünü çox gözlətməyib. Baş nazir Benyamin Netanyahu Həsən Ruhaninin əsl kimliyinin yavaş-yavaş üzə çıxdığına işarə vurub. "Ruhanini əsl siması gözlənildiyindən daha tez üzə çıxdı. İranlılar onun sözlərini nə qədər ört-basdır etməyə çalışsalar da, o insanın əsl amalı, əsl niyyəti budur" deyə Netanyahu Həsən Ruhanini tənqid edib.


Teqlər:





Xəbər lenti