Ermənistanda taun epidemiyası baş qaldırıb

Ermənistanda taun epidemiyası baş qaldırıb
  03 Avqust 2013    Oxunub:1154
Ermənistanda Afrika taunu xəstəliyi daha geniş yayılmağa başlayıb.
Ermənistanın tavuş vilayətinin Vazaşen şəhərində iyulun 4-dən bu günə kimi 156 donuzu məhv edib. Hazırda isə heyvanların kütləvi halda tələf olması halları artıb. Araşdırmalar zamanı bəlli olub ki, bunun səbəbi afrika taunu imiş. Hazırda xəstəlik sürətlə yayılmaqdadır.

Artıq hökumət həyacan təbili çalır. Kənd camaatına ölən heyvanlarını harada gəldi basdırmamağı tapşırıb. Heyvan nəşlərini xüsusi yerlərdə, xüsusi üsullarla dezinfeksiya edilməsi barədə götəriş verilib.

Ermənistan mətbuatının məlumatına görə artıq Ditavan kəndində də afrika taunu qeydə alınıb. Xəstəliyin heyvanlardan insanlara keçmə təhlükəsi ilə bağlı araşdırmalar davam edir.

S. Həsənova


Teqlər:  





Xəbər lenti