Bolqarıstanda aksiyalar davam edir

Bolqarıstanda aksiyalar davam edir
  02 Avqust 2013    Oxunub:1166
Bolqarıstanda hökumət əleyhinə aksiyalar artıq 50-ci gününə keçib.
Nümayiş iştirakçıları bəyan edir ki, hökumət istefa verənə qədər onlar Sofiyanın küçələrindən çəkilməyəcəklər. Narazılığa səbəb isə iqtisadi problemlər, baş nazir Plamen Oreşarskinin kadr siyasəti və hakimiyyətin korrupsiyaya son qoymaq gücündə olmamasıdır.

Narazı bolqarların tələblərinin siyahısında yeni seçki məcəlləsinin qəbul edilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi də var. Onu da qeyd edək ki, aksiyaların sonuncu günündə kütləvi nümayişlər ərzində ilk dəfə olaraq narazı bolqarlara sağtəmayüllü partiyaların nümayəndələri də qatılıb. Sofiyada etiraz aksiyaları dinc xarakterlidir, mahnı və rəqslərlə müşayiət olunur.


Teqlər:  





Xəbər lenti