Türkiyədə pedofillərə qarşı sərt cəza

Türkiyədə pedofillərə qarşı sərt cəza
  02 Avqust 2013    Oxunub:1194
Türkiyədə hökumətin yeni qəbul etdiyi qərara görə, pedofil olduğu sübut olunanlar müvəqqəti xədim olunacaq.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pedofil olduğu sübut olunan cinayətkarın dərmanlar vasitəsilə testosteron hormonları yox ediləcək.

Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın uşaqlara təcavüz edənlərə ən ağır cəzanın tətbiq edilməsi ilə bağlı verdiyi təlimatdan sonra Ədalət və Ailə və Cəmiyyət Nazirlikləri bu barədə birgə qərar qəbul edib.

Ədalət Nazirliyi adı çəkilən qanunun tətbiqi üçün “Cəza və Təhlükəsizlik Tədbirləri haqqında” qanuna dəyişiklik edəcək.

Qanunun qəbulu belə əsaslandırılır ki, pedofil şəxs psixoloji olaraq xəstədir və ona görə də o, təcavüz aktını təkrar edə bilər. Qanuna əsasən pedofil cinayətkara dərmanla “müalicə” ilə yanaşı məcburi psixoloji yardım da tətbiq ediləcək.

Bundan başqa həmin şəxsin təcavüz etdiyi uşağa və onun ailəsinə yaxınlaşmaması üçün də tədbirlər görüləcək.

Psixoloji müalicə olunan cinayətkarın sağaldığına tam əmin olduqdan sonra ona verilən dərmanlar dayandırılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti