Obamanın qadın namizədi

Obamanın qadın namizədi
  02 Avqust 2013    Oxunub:1299
ABŞ prezidenti Barak Obama ölkənin Hərbi Hava Qüvvələri naziri postuna Debora li Ceymsin namizədliyini irəli sürüb.
AzVision.az Reuters-ə istinadən xəbər verir ki, Obamanın təklifindən sonra ABŞ Senatı da bu namizədliyi dəstəkləsə Ceyms nazir kürsüsünə əyləşəcək. Təsdiq olunacağı halda Ceyms Şeyla Uidneldən sonra bu postu tutacaq ikinci qadın olacaq.

Hazırda Ceyms rəsmi Pentaqonun və Amerika xüsusi xidmət orqanlarının əsas podratçılarından olan “Science Applications International Corporation” şirkətində top-menecerdir. 1993-1998-ci illər Bill Klintonun prezidentliyi dövründə xanım Ceyms ABŞ müdafiə nazirinin müavini vəzifəsində çalışıb.

İyunun 21-dən nazir postu quruma beş ildir ki, rəhbərlik edən Maykl Douninin gedişindən sonra boş qalıb.


Teqlər:  





Xəbər lenti