Rusiyada qalmaqallı qanun qüvvəyə mindi

Rusiyada qalmaqallı qanun qüvvəyə mindi
  01 Avqust 2013    Oxunub:1217
Layihəyə əsasən, Rusiyada yetkinlik yaşına çatmayanların iştirakı ilə pornoqrafiya, intiharın yolları, həmçinin narkotikləri əldə etmə və istifadə barədə məlumat verən saytların vahid reysteri yaradılacaq.
Bu gündən etibarən Rusiyada internet-saytların «qara siyahı»sı barədə qalmaqallı qanun qüvvəyə mindi. Bu barədə AzVision.az xarici mətbuata istinadən xəbər verir.

Bu sənəd «Uşaqların sağlamlığına və inkişafına mənfi təsir edəcək informasiyadan müdafiə» və daha bir neçə bu kimi qanuna düzəliş kimi əlavə edilib.

Layihəyə əsasən, Rusiyada yetkinlik yaşına çatmayanların iştirakı ilə pornoqrafiya, intiharın yolları, həmçinin narkotikləri əldə etmə və istifadə barədə məlumat verən saytların vahid reyesteri yaradılacaq.

Sənədə əsasən məhkəmə qərarı olmadan da, məmurun qərarı ilə saytlar reyestrdən bağlana bilər.

Qanun Dövlət Duması tərəfindən qəbul olunub və Federasiya Şurası tərəfindən yaz sesiyasında dəstəklənib.

Hostinq –provayder reyestrə düşmüş sayt sahibindən bir gün ərzində qadağan edilmiş informasiyanı ləğv etməyi tələb edəcək. Bu baş vermədiyi təqdirdə provayder sayta girişi məhdudlaşdıracaq.

Saytlarda qadağan olunmuş informasiyanın ekspertizasını hökumət tərəfindən təyin olunmuş mütəxəssislər həyata keçirəcək.

Ekspertizanın rəyi ilə razı olmayan sahibkar məhkəməyə müraciət edə bilər.

Qeyd edək ki, yeni layihə hüquqmüdafiəçilərin və internet sahibkarlarının etirazlarına səbəb olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti