Kraliça III Dünya Müharibəsinə hazırlaşırmış - Arxiv sənədlərindən

Kraliça III Dünya Müharibəsinə hazırlaşırmış - Arxiv sənədlərindən
  01 Avqust 2013    Oxunub:1200
30 ildən sonra Britaniya arxivi soyuq müharibə ilə bağlı məxfi materialları açıqlayıb.

Sən demə Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer, 1983-cü ildə NATO ilə SSSR arasında nüvə münaqişəsinin başlayacağından o qədər əmin olub ki, onun kabineti öncədən Kraliça II Yelizavetta üçün çıxış nitqi hazırlayıb.

Sənədlərdən birində aydın şəkildə bildirilir ki, “1983-cü ildə NATO Böyük Britaniya hökumətinin də aktiv iştirakı ilə “Wintex-Cimex 83” adlı hərbi təlimlər keçirəcək”. Həmçinin qeyd olunur ki, ”ssenariyə əsasən SSSR və onun müttəfiqləri ( sənədlərdə onlar “narıncılar” kimi göstərilir-red.) tərəfindən alyans ölkələri üzərinə mümkün nüvə hücumu həyata keçiriləcək”.

Buna cavab olaraq NATO və Böyük Britaniya SSSR-ə cavab zərbəsi endirməyə hazırlaşıb.Müharibəyə hazırlıq tədbirləri çərçivəsində Böyük Britaniya hökuməti monarxın radio müraciətini də hazırlayıb.

Nüvə müharibəsi başlayacağı təqdirdə Kraliçanın xalqa müraciətində bildirilir:

“Hamımız bilirik ki, bu gün bizim başımıza gələnlər, tarix boyu üzləşdiyimiz təhlükələrdən ən dəhşətlisidir. Qarşıda bizi hansı çətinliklər gözləyirsə gözləsin, nə dəhşətlər olursa olsun, bizim bu kimi halların öhdəsindən gəlməyə imkanımız, azadlığımızı qoruyub saxlamaq üçün gücümüz var. Biz bundan öncəki iki dünya müharibəsi zamanı da nəyə qadir olduğumuzu göstərmişdik.”

Sənəddən irəli gələrək demək olar ki, Varşava müqaviləsi ölkələri və NATO arasında nüvə müharibəsi 1983-cü il martın 4-dən gec olmayaraq başlamalı imiş.

Hökumət nümayəndələri II Yelizavettanın bu mətndən tamamilə xəbərsiz olduğunu etiraf etsələr də, mətn artıq bir dəfə 1983-cü il təlimləri çərçivəsində səsləndirilmişdi.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti