Suriyada kimyəvi silahdan istifadə təsdiqləndi

Suriyada kimyəvi silahdan istifadə təsdiqləndi
  01 Avqust 2013    Oxunub:1153
Yaxın günlərdə BMT Suriyada kimyəvi silahlardan istifadə edilməsi faktlarını araşdırmaq üçün öz missiyanı bu ölkəyə göndərəcək.
Bu barədə BMT mətbuat mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, missiya Suriyada kimyəvi silahdan istifadə etməsi ilə bağlı konkret olaraq üç faktı araşdıracaq.

BMT-nin Yaxın Şərqdə sülhün bərpa olunması üzrə xüsusi əlaqələndiricisi Robert Serri sözlərinə görə, təşkilatın baş katibi Ban Kİ-muna13 belə faktla bağlı məlumat verilib. Bundan əlavə Rusiya da daha bir insident üzrə öz təhqiqatlarının nəticələrini təqdim edib. Nəticələrə əsasən bu ilin martın 19-da Suriyanın Hələb şəhərinin Xan əl-Əsəl qəsəbəsində kimyəvi silahdan istifadə edildiyini təsdiqini tapıb. Həmçinin qeyd olunub ki, insident nəticəsində 26 nəfər həlak olub, 86 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti