Putin və Ruhani görüşəcək

Putin və Ruhani görüşəcək
  01 Avqust 2013    Oxunub:1104
Ruhaninin inauqurasiya mərasimində Rusiyanı Dövlət Dumasının spikeri təmsil edəcək
Tehranda ümid edirlər ki, Rusiya prezidenti Vladimir Putinlə İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin görüşü bu ilin sentyabr ayında Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində baş tutacaq. İranın Rusiyadakı səfiri Mahmud Reza Sacadi belə deyib.

Daha öncə isə səfir bildirmişdi ki, Ruhaninin inauqurasiya mərasimində Rusiyanı Dövlət Dumasının spikeri Sergey Narışkin təmsil edəcək. Bu zaman o demişdi ki, Vladimir Putinin İrana səfəri müzakirə olunmur.

Amma Rusiyanın "Kommersant" qəzeti keçən həftə bildirmişdi ki, Putinin İrana səfəri 12-13 avqusta planlaşdırılır. Amma Rusiya dövlətinin başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bu məlumatı təsdiq etməmişdi.


Teqlər:





Xəbər lenti