Moskvada azərbaycanlı polislərə hücum etdi

Moskvada azərbaycanlı polislərə hücum etdi
  31 İyul 2013    Oxunub:913
Moskvada Azərbaycan vətəndaşı iki polisə hücum edib.
AzVision.az İnterfaks-a istinadən məlumat verir ki, hadisə iyulun 30-da Şukino rayonunun Roqova küçəsində baş verib. Belə ki, polislər xarici nömrəyə malik avtomobilin düzgün park olunmadığını aşkar ediblər. Onlar “Mersedes” markalı avtomobilə yaxınlaşaraq yol-hərəkət qaydalarını pozduğu üçün sürücünü bölməyə aparmağa çalışıblar. Buna cavab olaraq, 35 yaşlı azərbaycanlı sürücü polislərə hücum edib və onlara bir neçə dəfə zərbə endirib. Hadisə üzrə cinayət işi açılıb. Azərbaycanlını beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

AzVision.az


Teqlər:  





Xəbər lenti