Suriyada aclıqdır

Suriyada aclıqdır
  31 İyul 2013    Oxunub:1277
BMT-nin ərzaq agentliyi 3 milyonluq suriyalılara ərzaq yardımı göstərməkdə çətinlik çəkdiyini bildirib.
AzVision.az The New York Times-a istinadən məlumat verir ki, Dəməşq və Homs şəhərlərində döyüşlər kəskinləşdikdən sonra Ümumdünya Ərzaq Proqramı artıq 2,4 milyon insanı qida ilə təmin etməyə başlayıb. Davam edən döyüşlərə görə isə ərzağın əhaliyə çatdırılmasında problemlər yaranır. Ərzaq agentliyinin nümayəndəsinin sözlərinə görə, ölkədə ərzaq daşımaq üçün 700 yük maşını olsa da, son həftələrdə bir neçə əraziyə qida çatdırılmayıb. Qida daşıyan maşınlara tez-tez hücumlar edildiyi bildirilib.

Beynəlxalq qruplar Suriyada müharibə başlayandan sonra yardım göstərməkdə çətinliklə üzləşirlər. İki il əvvəl müharibə başlayan zaman ölkədə yeganə yardım qrupu Suriya Ərəb Qırmızı Xaç təşkilatı idi. Prezident Bəşər Əsəd digər qruplara yardım göstərməyə qadağa qoymuşdu. Buna görə də, Ümumdünya Ərzaq Proqramı və BMT-nin Qaçqınlar üzrə agentliyi Əsəd ordusunun idarə etdiyi ərazilərə yardım göstərməkdə çətinlik çəkir. Bəzən isə qida daha çox ehtiyac olan əraziyə gedib çata bilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti