Türkiyədə azərbaycanlı qadına işgəncə verildi

 Türkiyədə azərbaycanlı qadına işgəncə verildi
  31 İyul 2013    Oxunub:1128
Qadına qarşı şiddəti əngəlləyən qanun ilk dəfə tətbiq edilib
Türkiyə məhkəməsi azərbaycanlı gənc qadını müdafiə edib.Türkiyə mətbuatında yayılan məlumata görə, bu haqda məlumatı ölkənin Ailə və Sosial Siyasətlər naziri Fatma Şahin “Tvitterd”də açıqlayıb.

Onun sözlərinə görə, 2012-ci ildə qəbul olunan və qadına şiddəti əngəlləyən, 6284 saylı qanun ilk dəfə tətbiq olunub.

Belə ki, 20 yaşlı azərbaycanlı qadın 4 ay əvvəl Bakı-Tiflis-Ceyhan Boru Kəməri Türkiyə filialında işləyən vəkil ilə evlənib. Əri ilə birgə Ankarada yaşamağa başlayan qadının evləndiyi gündən bəri 4 ay ərzində həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

Şəxsən Ailə və Sosial Siyasətlər Nazirliyinə müraciət edən qadının şikayəti dəyərləndirilib. Nəticədə məhkəmə qadının ərinə 4 ay evdən uzaqlaşdırılma cəzası verib.

Bundan başqa ona evə 1 kilometr yaxınlaşmaması, bu müddət ərzində gənc qadına aliment ödəməsi, qadının əşyalarına zərər verməməsi, silahı varsa polisə təslim etməsi, ünsiyyət vasitələriylə narahat etməməsi üçün tədbirlər alınıb. Əgər qadının əri bu qadağalara əməl etməsə həbs olunacaq.

Ancaq psixologiyası pozulan gənc qadın ailəsinin yanına, Bakıya qayıdıb.


Teqlər:





Xəbər lenti