Avstriya sülhməramlılarını bölgədən çıxarır

Avstriya sülhməramlılarını bölgədən çıxarır
  31 İyul 2013    Oxunub:1248
Avstriya hərbçilərindən ibarət son qrup Qolan yüksəkliklərindən vətənlərinə qayıdıb.
AzVision.az məlumat verir ki, Avstriya 377 nəfərdən ibarət sülhməramlı kontingentini Qolan yüksəkliklərindən 2013-cü ilin iyunun əvvəlində çıxaracağını bildirmişdi. Suriyada iki ildən çox davam edən vətəndaş müharibəsi ərzində sülhməramlılara tez-tez edilən hücumlar onların regiondan çıxarılmasına səbəb olub. Qeyd edək ki, Yaponiya və Xorvatiya da öz əsgərlərini Qolan yüksəkliklərindən çıxarmaq niyyətindədir.

Avstriya kontingentinin ərazidən bir az tez çıxarılması planlaşdırılırdı. Lakin BMT-nin sülhməramlılar üzrə departamentinin xahişi ilə qərar iyulun sonuna kimi təxirə salınmışdı. BMT bu müddət ərzində Avstriya sülhməramlılarını əvəz etməsi üçün Fici və Nepalla razılıq əldə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti