Ukraynada Azərbaycan vətəndaşı saxlanılıb

Ukraynada Azərbaycan vətəndaşı saxlanılıb
  30 İyul 2013    Oxunub:1159
Saxta sənədlərlə avtomobil idarə edən Azərbaycan vətəndaşı Ukraynada saxlanılıb.
AzVision.az Rusiya mətbuatına istinadən məlumat verir ki, Sumı vilayətinin “Baçevsk” sərhəd-keçid məntəqəsində Litva qeydiyyatı olan “BMW” markalı avtomobillə Ukraynaya daxil olmaq istəyən azərbaycanlının sənədlərinin saxta olduğu aşkar edilib. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti bildirib. Qeyd edək ki, həmin şəxs saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti