Pakistanda prezident seçkiləri keçirilir

Pakistanda prezident seçkiləri keçirilir
  30 İyul 2013    Oxunub:1366
Bu gün Pakistanda prezident seçkiləri keçirilir.
Pakistan konstitusiyasına əsasən, prezident seçicilər kollegiyası ilə seçilir. Kollegiyanın tərkibinə parlamentin hər iki palatasının - Milli məclis və Senatın deputatları, həmçinin ölkənin dörd əyalətinin - Bəlucistan, Pəncab, Sind və Xayber Paxtunxvadan nümayəndələr daxildir.

Qeyd edək ki, prezident seçkiləri üçün müxtəlif partiya və koalisiyalardan 22 namizəd səsvermədə iştirak edəcək. Pakistanın hazırkı prezidenti Asif Zərdari öz namizədliyini irəli sürməyib. Ekspertlərin fikrincə, “Müsəlman liqası” koalisiyasının nümayəndəsi olan Məmnun Hüseyn seçkilərdə qalib gələcək.

AzVision.az


Teqlər:





Xəbər lenti