Fəxrəddin Manafov : “Facebook-da yoxam”

Fəxrəddin Manafov : “Facebook-da yoxam”
  29 İyul 2013    Oxunub:2048
“Adımdan yalançı profillər açılıb”.
“Mən Facebookda qeydiyyatdan keçməmişəm. Adımdan yalançı profillər açılıb amma onların heç biri mənə məxsus deyil” .

Bunu AzVision.az-a açıqlamasında xalq artisti, görkəmli aktyor Fəxrəddin Manafov deyib.

Aktyor sosial şəbəkələrdə göndərilən dostluq təkliflərinə də münasibət bildirib : “Ümumiyyətlə, facebooku xoşlamıram, nə də ki, maraqlanmıram. Əgər dostluq bu qədər ucuzlaşıbsa, onda nə deyək”?

F.Manafovun adına facebookda profil açılıb. Səhifədə aktyorun adından şəkillər və fikirlər paylaşılır.

Qeyd edək ki, facebookda bir sıra tanınmış xadimlərin saxta profilləri var.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti