Elit facebook yaradılacaq

Elit facebook yaradılacaq
  29 İyul 2013    Oxunub:1221
“Twitter”in yaradıcısı Mark Zukerberqə yeni elit Facebook yaratmağı təklif edib. Xidmət pullu olacaq.
Biz Stoun “Facebook”-un yaradıcısına pullu sosial şəbəkə yaratmağı məsləhət görüb. Onun fikrincə bu addım Tsukerberq imperiyasına milyonlar qazandıracaq.

Elit xidmətdən istifadənin qiyməti ayda 10 dollardan baha olmayacaq. Onun məlum facebook-dan əsas fərqi reklam və təkliflərin olmamasıdır.

Biz Stoun bildirib ki, Facebook istifadəçilərinin təkcə 10 %-nin pullu portala qoşulması şirkətə 1 milyard dollar gəlir gətirəcək.

Bununla yanaşı qeyd edək ki, Facebook-un reklamlardan əldə etdiyi gəlir 5.1 milyarda bərabərdir.

Biz Stoun həmçinin yeni -“Jelly” layihəsi üzərində işlədiyini də bildirdi. KİV-lərin məlumatına görə Jelly- pulsuz mobil xidmətdir. Nə zaman istifadəyə verilməsi isə hələlik gizli saxlanılır.

S.Həsənova


Teqlər:  





Xəbər lenti