Ermənistanda ara qarışdı -VİDEO

Ermənistanda ara qarışdı -VİDEO
  29 İyul 2013    Oxunub:1189
Bu dəfə də ”azadlıq döyüşçüləri” ayağa qalxdı
Ermənistanın Azadlıq meydanında “azadlıq döyüşçülərinin” hökumət əleyhinə etiraz mitinqi keçirilib. Olduqca acınacaqlı həyat şəraitindən şikayətçi olan etrirazçılar, keçmiş Qarabağ döyüşçüləri, Sərkisyan hökumətindən köklü dəyişikliklər etməklə sosial şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər.

Qeyd edək ki, bu günlərdə aclıq aksiyasını keçirən ehtiyatda olan polkovnik Xaçik Avetisyan da Azadlıq meydanına gəlib. Bir müddət əvvəl o, iyulun iyirmi səkkizi, yerli vaxtla saat 18 : 00-dək meydana onun səsinə səs verən 10 adam toplaşacağı təqdirdə aclıq aksiyasına son qoyacağını bəyan etmişdi. Həmin saatda olmasa da, “azadlıq döyüşçüləri”nə xeyli sayda gənclər qoşulub. Onların əksəriyyəti ictimai nəqliyyatda gediş haqqlarının qaldırılmasına etiraz edənlərdir.

Artıq 16 gündür aclıq aksiyasına davam edən Xaçik Avetisyan tərəfdarlarını gənc fəallarla birləşməyə çağırıb: “ Seçdiyimiz bu yol bizi Azad Ermənistana doğru aparacaq. Heç kim şübhə etməsin ki, bizim tərəfdarlarımız artacaq və biz qalib gələcəyik”.

Mitinqin sonunda Xaçatur Avetisyan aclıq aksiyasına son qoyduğunu, gənclər isə hazırki hökumətə qarşı birləşməyə hazır olduqlarını bəyan ediblər. Daha sonra onlar Yerevan meriyasına doğru yürüş ediblər və orada gediş haqlarının artırılmasına etiraz edənlərin oturaq aksiyasına qoşulublar.

Səbinə Həsənova
AzVision.az







Teqlər:  





Xəbər lenti