“Anonymous” prezidentin saytına hücum etdi

“Anonymous” prezidentin saytına hücum etdi
  29 İyul 2013    Oxunub:1210
Beynəlxalq hakerlər qrupu “Anonymous” Perunun bir neçə dövlət idarələrinin və prezidentin saytına hücum edib.
AzVision.az məlumat verir ki, sayta hücum prezidentin müraciətinin translyasiyasına mane olub. Hücum ölkənin Müstəqilliyi Günündə - iyulun 28-də edilib.

Səhifələrə hücum edən hakerlər prezidentə xalqın adından suallarla müraciət ediblər: “Biz ölkəmizin müstəqilliyini bayram edirik, bəs əslində biz müstəqilik? Küçəyə çıxarkən oğurlanmaq və ya hansısa bir hadisəyə tuş gəlmək azadlıqdır?”

Qeyd edək ki, hazırda ölkə prezidenti Olyanta Umalanın saytına giriş bağlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti