“Şəfiqə xanımın yeri həmişə görünəcək” - FOTOLAR

“Şəfiqə xanımın yeri həmişə görünəcək” - FOTOLAR
  27 İyul 2013    Oxunub:1888
“Buradakı insanların hamısı Şəfiqə xanımı çox yaxşı səntəkar olmaqla yanaşı, həm də yaxşı insan kimi tanıyırdı. O həmişə bizim üçün əziz və sevimli Şəfiqə xanım idi və həmişə də elə qalacaq”.
Bu sözləri jurnalistlərə açıqlamasında Şəfiqə Axundovamnın vəfatından danışan millət vəkili Qənirə Paşayeva deyib. O, bəstəkara dövlət səviyyəsində göstərilən qayğıdan danışıb:

“Mənim dəyərli dostum Aybəniz Haşımova, bacısı Rəfiqə xanım, hamı istəyirdi ki, o yaşasın amma həyatdır nə etmək olar.
Millət vəkili xalq artistinin son günlərindən də danışıb: “Şəfiqə xanım son günlərində Üzeyir bəyi xatırlayır, ondan danışırdı. Ona nə qədər borclu olduğunu deyirdi. Onun kimi müəllimlərin çox olmağını istəyirdi. Həmişə məsləhət verirdi ki, necə insan olmaq lazımdır. Onun üçün kim nə etsə, adi tibb bacısından həkimə qədər hər kəsə dəfələrlə təşəkkür edərdi. Düşünürəm ki, gənc sənətçilər Şəfiqə xanımdan çox şey öyrənə bilər”.

Bəstəkarın bacısı Rəfiqə Axundova da bəstəkarla bağlı fikirlərini jurnalistlərlə bölüşüb. O, Şəfiqə Axundovanı çox xoşbəxt qadın adlandırıb: “Ona görə ki, onu hökumət də sevirdi, xalq da. O, Azərbaycan musiqisi üçün çox şey edib. Öz həyatını musiqiyə həsr etmişdi. Prezidentimiz İlham Əliyevə və Heydər Əliyev fondunun prezidenti Mehriban xanıma təşəkkür edirəm. Qənirə Paşayeva onlara xəbər verən kimi lazımi şərait yaradıldı”.
R.Axundova deyib ki, Şəfiqə Axundova yaşamaq, yazıb-yaratmaq istəyirdi: “İnanırdıq ki, Şəfiqə xanım ölməyəcək, yaşayacaq. Amma əfsus ki, əcəl onu bir saniyə içində apardı. O, həyatla dolu idi, yaşamaq, yazıb-yaratmaq istəyirdi. Qənirə Paşayevaya və Aybəniz Haşımovaya da təşəkkür edirik. Onlar məni tək qoymadılar”.

Əməkdar artist Aybəniz Haşımova da mərhum bəstəkar haqda fikirlərini AzVision.az-la bölüşüb. O, Şəfiqə Axundovanın vəfatını Azərbaycan musiqisinə ağır itki kimi qiymətləndirib: “Azərbaycanın çox böyük insanı dünyasını dəyişib. Musiqimizi yetim qoyanlardan biri oldu, onun yoxluğu musiqimizə çox böyük ağrıdır, itkidir. Onun yeri həmişə görünəcək. İstər insan kimi, istərsə də sənətkar kimi. Amma düşünürəm ki, Şəfiqə xanım xoşbəxt sənətkardır. Çünki hər sənətkar onun kimi sənətinin gücünü sübut edə bilmədi. Bu baxımdan xoşbəxtdir ki, dövlətimiz, prezidentimi, xalqımız onu bu qədər sevib. Allah rəhmət eləsin. Xalqımızın başı sağolsun”.

Fatimə KƏRİMLİ

Qalereya




Teqlər:  





Xəbər lenti