Vaqif Səmədoğlu müalicə üçün xaricə getdi

“Azərbaycanda deyiləm, xəstəliyimlə bağlı olaraq, xaricdəyəm. Hazırda müayinə oluram, görək , həkimlər nə deyəcəklər ?”
Hansı xəstəlikdən əziyyət çəkdiyinə gəlincə,V. Səmədoğlu bildirib ki, bu barədə danışmaq istəmir : “Harada müalicə olunduğumu və xəstəliyim barəsində qətiyyən danışmaq istəmirəm”.
Qeyd edək ki, Vaqif Səmədoğlu 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2000-2005-ci illərdə isə Milli Məclisin deputatı olub.
Nihadə Eyyubova