Körpə kral İranda qalmaqal yaratdı

Körpə kral İranda qalmaqal yaratdı
  27 İyul 2013    Oxunub:1301
Bazar ertəsi dünyaya gələn taxtın üçüncü varisi Corc Aleksandr Luis təkcə İngiltərə mətbuatının deyil, bütün dünyanın diqqət mərkəzindədir.
AzVision.az dünya mətbuatına istinadən xəbər verir ki, II Yelizavetanın atasının şərəfinə Corc, anası Keyt Middeltonun istəyi ilə Aleksandr adını alan körpə İranda gərginliyə səbəb olub. Belə ki, İran xarici işlər nazirinin müavini Abbas Araxçının şahzadə Corcun dünyaya gəlməsi münasibətilə kral ailəsinin təbrik etməsi mühafizəkar millət vəkilləri və medianın sərt tənqidlərinə səbəb olub.

Maşreg qəzetinə açıqlamasında millət vəkili Cavad Kərimi Qadusi iki ölkə arasında diplomatik əlaqələrin İngiltərənin sanksiyaları ucbatından minimum səviyyədə olduğunu bildirərək nazir müavininə qəzəbini gizlətməyib. İranın İngiltərənin müstəmləkəçilik tarixindən hələ də narahat olduğunu deyən millət vəkili XİN rəsmisinin təbrikini yersiz adlandırıb.


Teqlər:





Xəbər lenti