İsrail Fələstinin torpaqlarını qaytarır

 İsrail Fələstinin torpaqlarını qaytarır
  26 İyul 2013    Oxunub:1418
İsrail hökuməti fələstinlilərlə sülh müqaviləsi imzalamaq üçün böyük əraziləri güzəştə getməyə hazırdır.
Bu barədə İsrailin strateji planlaşdırma naziri Yuval Ştaynits “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, İsrail-Fələstin münaqişənin yeganə həll yolu ayrı-ayrı dövlətlərin yaradılmasıdır. Onun sözlərinə görə, İordan çayının qərb sahilindəki ərazilərin fələstinlilərə qaytaraılmasını nəzərdə tutan sülh müqaviləsi imzalanarsa, əksər israillilər bu addımı dəstəkləyəcəklər: “Lakin israillilər əmin olmalıdırlar ki, bunun müqabilində onlar həqiqi sülhə nail olacaqlar. Eyni zamanda fələstinlilər İsraili yəhudi dövləti kimi tanımalı və Rəsmi Təl-əvivə qarşı iddialarından əl çəkməlidirlər”.

O ki, qaldı Fələstin və İsrailin bölə bilmədiyi Qüdsün aqibətinə, nazirin fikrincə burada yeganə çıxış yolu mövcud vəziyyətin qorunmasıdır.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti