Qız qalası satılır

Qız qalası satılır
  25 İyul 2013    Oxunub:4372
İstanbulun simvollarındam olan, 2 min 500 illik tarixə malik Kız Kulesi satışa çıxarılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qalanı 49 il müddətinə kirayələyən Hamoğlu Holdinq gələcək 38 illik istifadə hüququnu satışa çıxarıb. Bir müddətdir ki, alıcılılarla danışıqlar aparan Hamoğlu Holdinqin rəhbəri Əhməd Hamoğlu bildirib ki, alıcılar arasında xarici sərmayədarlar üstünlük təşkil edir.

Qeyri-rəsmi məlumatlara görə, Hamoğlu Holding qala üçün 22 milyon avro istəyir. İlk ciddi təklif isə ərəb şirkətindən gəlib. Buna baxmyaraq onlar Qız qalasını şirkətin mərkəzi ofisi kimi istifadə etmək niyyətində olması danışıqlara son qoyub. Çünki qanunvericiliyə görə, Qız qalasının ictimaiyyətə qapalı layihələr üçün istifadəsinə icazə verilmir. Qeyd olunur ki, çoxlu sayda xarici şirkət bu tarixi abidəyə sahib olmaq istəyir. Tezliklə ABŞ-dan bir qrup şəxsin Qız qalası ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gələcəyi bildirilir.

Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti