Bu gün 27 dərəcə isti olacaq
![Bu gün 27 dərəcə isti olacaq Bu gün 27 dərəcə isti olacaq](https://azvision.az/photos/1461742902_bahar-1024x640.jpg)
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, mayın 21-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
AzVision.az