İspaniyada qatar qəzası, 77 ölü

İspaniyada qatar qəzası, 77 ölü
  25 İyul 2013    Oxunub:1040
İspaniyanın şimalında Qalisiya ərazisində qatar relsdən çıxaraq qəza törədib.
AzVision.az Reuters-ə istinadən məlumat verir ki, qəza iyulun 24-ü gecə saatlarında baş verib. Qəza nəticəsində 77 nəfər həlak olub, 131 nəfər yaralanıb.

Qatar Madriddən Ferrol istiqamətində hərəkət edirmiş. Onun bütün səkkiz vaqonu Santiyaqo de Kompostela şəhəri yaxınlığında relsdən çıxıb. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə yerinə xilasedicilər cəlb olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti