Snouden aeroportu tərk edir

Snouden aeroportu tərk edir
  24 İyul 2013    Oxunub:1198
ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snouden Moskvanın Şeremetyevo aeroportunu tərk edəcək.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, bu barədə Rusiyanın Federal Miqrasiya xidməti bildirib. Xidmət Snouden üçün müvəqqəti sənəd hazırlayıb. Bu sənəd vasitəsilə kəşfiyyatçı Şeremetyevo aeroportunun tranzit zonasını tərk edə biləcək. Bildirilib ki, Snouden artıq ərazini tərk etmək üçün bütün əşyalarını toplayıb.

Xatırladaq ki, Snouden iyunun 23-də Honq Konqdan qayıtdıqdan sonra Moskva aeroportunda yerləşib. O, müvəqqəti qaçqın statusu almaq üçün Rusiya Federal Miqrasiya xidmətinə müraciət etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti