Misirdə gərginlik davam edir

Misirdə gərginlik davam edir
  24 İyul 2013    Oxunub:975
Ötən gecə davam edən iğtişaşlar zamanı 10 nəfər ölüb
Misirin El Mənsurə şəhərində polis məntəqəsinin yaxınlığında partlayış törədilib. Nəticədə 12 nəfər yaralanıb. Hadisə zamanı ölənlərin sayı dəqiq məlum deyil. Partladıcı qurğunun polis məntəqəsinə qonşu binadan atıldığı bildirilir. Bu arada ölkədə Mursi tərəfdarları ilə əleyhdarları arasında ötən gecə davam edən iğtişaşlar zamanı 10 nəfər ölüb. Mursinin yüzlərlə tərəfdarının paytaxtdakı ABŞ səfirliyi qarşısında aksiya təşkil etməsi vəziyyəti daha da gərginləşdirib.

S.Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti